Fransa XI-XVII əsrlərdə

XI əsr Fransa krallığına aiddir:
*   İri və xırda feodal mülklərinə parçalanması;
*   Paris və Orlean şəhəri daxil olmaqla ölkənin şimal şərqindəki torpaqları əhatə etməsi;
*   Xırda və orta feodallarına kral hakimiyyətini müdafiə etməsi;
*   Normandiya və Tuluzanın birləşdiril-məsi (XIII əsr)
*   Silki quruluşun  mövcud olması (ruhanilər, zadəganlar, yerdə qalan bütün əhali).
Ardı →

Fransa son orta əsrlərdə

Sənaye və ticarətin inkişafı. Fransanın birləşdirilməsi XVI əsrin əvvəllərində başa çatmışdı. Sənaye və ticarət inkişaf edirdi. Burada 15 milyon əhali yaşayırdı. Fransa Avropada ən böyük dövlət idi, ölkədə kapitalist istehsalı inkişaf edirdi.


Coğrafi kəşflərdən sonra ticarət yollarının Atlantik okeanına keçməsi ilə əlaqədar Fransanın qərbindəki limanların rolu artdı. Paris, Bordo, Marsel kimi şəhərlərin əhəmiyyəti çoxaldı. Fransada manufakturalar yaradılırdı. Manufakturalarda ipək parça, kətan, bəzək əşyaları, tüfəng, top və s. istehsal edilirdi.


Ardı →

Fransa XI-XV əsrlərdə

Ölkənin birləşdirilməsi uğrunda mübarizə. XI əsrdə Fransa iri və xırda feodal mülklərinə parçalanmışdı. Ölkənin şimal-şərq torpaqları Paris və Orleanla birlikdə krala məxsus idi. Kral bütün ölkə üçün qanun verə bilməzdi, vergi toplamaq hüququna malik deyildi. Hətta vassallar da kral torpaqlarında qəsrlər tikirdilər. Kral öz mülkündən əldə etdiyi gəlirin hesabına yaşayırdı. Onun qoşunu və muzdla işləyən məmurları yox idi.


X-XI əsrlərdə Avropanın hər yerində olduğu kimi, Fransada da kənd təsərrüfatı və sənətkarlıqda irəliləyiş yarandı. Şəhərlər meydana gəldi, vilayətlər və şəhərlər arasında əmək bölgüsü yarandı, ticarət inkişaf etdi. Normandiyada dəmir filizi, Şampan və Burqundiyada taxıl və kətan parça istehsal olunurdu. Əmək bölgüsü və ticarət vilayətlər arasında əlaqə, ölkənin birləşməsi üçün şərait yaratdı.


Feodalların pula ehtiyacı artdı, feodallar məhsul töycüsünü pul töycüsü ilə əvəz etdilər. Kəndlilər yüksək ödənc müqabilində şəxsi asılılıqdan azad olurdular. Vergilərin artırılmasına qarşı üsyanlar baş verirdi. Orta və xırda feodallar bu üsyanın qarşısını ala bilmirdilər, onlar bu üsyanı yatırtmaq üçün krala arxalanırdılar. Sənətkar və tacirlər feodal dağınıqlığının aradan qaldırılmasına, şəhərlər senyor zülmündən xilas olmağa çalışırdılar. Şəhərlilər feodaldan xilas olmaq üçün krala müraciət edir,ona pulla, silahlı dəstələrlə kömək edirdilər.


Ardı →